Xəzər Xəbər

Portuqaliya son anda qələbə qazanıb AVRO-2024

İdman | 01:29 • 19 İyun 2024
Portuqaliya son anda qələbə qazanıb

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşü başa çatıb.

Xezerxeber.az xəbər verir ki, F qrupunda baş tutan matçda Portuqaliya millisi 2:1 hesablı qələbə qazanıb.

62-ci dəqiqədə Lukaş Povodun qolu sayəsində əvvəlcə Çexiya millisi hesabda önə keçib. Ardından çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olmaqla hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Fransisko Konseysao qoyub.

Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Xəbər lenti

Çox oxunanlar