Türkiyə millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.
Xezerxeber.az xəbər verir ki, “ay-ulduzlular” F qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qardaş ölkə seçməsinin qələbəsi ilə başa çatıb - 3:1.
Qarşılaşmada hesabı 25-ci dəqiqədə Türkiyə millisinin heyətində Mərt Müldür açıb. 32-ci dəqiqədə gürcülər Jorj Mikautadzenin qolu ilə tarazlığı bərpa ediblər. 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub.
UEFA Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda keçirilən Türkiyə -Gürcüstan matçının ən yaxşı futbolçusunu açıqlayıb.
Bu, Türkiyə millisinin üzvü Arda Güler olub. 19 yaşlı yarımmüdafiəçi sözügedən görüşdə 1 qola imza atıb.