Gürcüstan və Türkiyə yığmalarının azarkeşləri futbol üzrə Avropa çempionatının oyunu başlamazdan əvvəl stadionda dava salıblar.
Xezerxeber.az xəbər verir ki, məlumatı "Reuters" yayıb.
Türkiyəli azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında küncdə Gürcüstan millisinin azarkeşləri var. Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə yad əşyalar atıb.
Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda Türkiyə və Gürcüstan yığmaları üz-üzə gələcək.