Xəzər Xəbər

Belçika millisi ilk oyunda məğlub olub AVRO-2024

İdman | 22:43 • 17 İyun 2024
Belçika millisi ilk oyunda məğlub olub

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.

Xezerxeber.az-ın məlumatına görə, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Xəbər lenti

Çox oxunanlar