Xəzər Xəbər

Niderland millisindən əzmkar qələbə

İdman | 19:08 • 16 İyun 2024
Niderland millisindən əzmkar

AVRO-2024-ün qrup mərhələsinin I turu davam edir.

Xezerxeber.az  xəbər verir ki, bu gün D qrupunda mübarizəyə start verilib.

İlk matçda Polşa və Niderland qarşılaşıb. "Narıncılar" əzmkar qələbə qazanıblar. Onlar erkən qol buraxsalar da, oyunda dönüş yarada biliblər. Meydana sonradan daxil olan Veqhorst qələbə topunun müəllifi olub. O, 83-cü dəqiqədə fərqlənib.

Qeyd edək ki, qrupun digər oyunu sabah keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar