Xezerxeber.az xəbər verir ki, üçüncü oyun günündə D və C qrupunda oyunlar reallaşacaq.
Günün ilk matçı D qrupunda gerçəkləşəcək. Hamburq şəhərində Polşa və Niderland milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.
C qrupunun ilk görüşü isə Ştutqartda baş tutacaq. Saat 20:00-da başlayacaq oyunda Sloveniya yığması Danimarkanı sınağa çəkəcək.
Günün son qarşılaşması da eyni qrupda oynanılacaq. Helzenkirhen şəhərində, saat 23:00-da start götürəcək matçda Serbiya və İngiltərə seçmələri güclünü ayırd etməyə çalışacaq.
AVRO-2024
D qrupu, I tur
16 iyun
17:00. Polşa - Niderland
Baş hakim: Artur Diaş (Portuqaliya).
Hamburq, “Folksparkştadion” stadionu.
C qrupu, I tur
20:00. Sloveniya - Danimarka
Baş hakim: Sandro Şerer (İsveçrə).
Ştutqart, "MHP Arena" stadionu.
23:00. Serbiya - İngiltərə
Baş hakim: Daniele Orsato (İtaliya).
Helzenkirhen, "Feltins Arena" stadionu.