Xezerxeber.az xəbər verir ki, bunu qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev bu gün keçirilən mətbuat konfransında açıqlayıb.
O bildirib ki, 52 yaşlı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa öz xahişi ilə qatılmayıb:
O, öz xahişi ilə iclasda olmadı. Qurbanov əvvəllər milliyə baş məşqçilik etdiyi üçün bu məsələnin həssaslığını nəzərə alaraq iştirak etmək istəmədi. Biz də bunu müsbət qarşıladıq”.
Qeyd edək ki, komitənin iclasında Santuşla 3+1 illik müqavilənin imzalanması qərara alınıb.