Super Liqa təmsilçilərindən "Qalatasaray"ın vitse-prezidenti Erden Timur istefa verib.
Xezerxeber.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlama verib.
"Özümdən asılı olmayan səbəblərdən 1 ay, bəlkə də 1 aydan çox gündəmi məşğul etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm. Mən məsələni çempionata 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Çempionluq yarışı olduğundan bunu dərhal açıqlamaq mümkün deyildi. Klubdakı vəzifəmin davam etdiyini söyləməliydim. Bunu çempionatdan sonra 2 gün ərzində açıqlaya bilərdim, amma insanların sevincinin önünə keçmək istəmədim", - deyə o bildirib.
Qeyd edək ki, 44 yaşlı funksioner 2022-ci ilin iyun ayından "Qalatasaray"da çalışırdı.