Xəzər Xəbər

“Qarabağ” fransalı hücumçusu ilə vidalaşıb

İdman | 22:27 • 3 İyun 2024
“Qarabağ” fransalı hücumçusu ilə vidalaşıb

“Qarabağ” futbol klubu hücumçu Adama Diakabi ilə yollarını ayırıb.

Klubdan Xezerxeber.az-a verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun bu mövsüm başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından Ağdam təmsilçisində çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Qeyd edək ki, Ağdam klubu daha əvvəl 35 yaşlı müdafiəçisi Riçard Almeyda ilə müqaviləni bir illik uzadıb. Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar