“FourFourTwo” nəşri dünya çempionatında ən çox qol vuran futbolçuların reytinqini açıqlayıb.
Xezerxeber.az xəbər verir ki, 34 bombardirin yer aldığı siyahıya Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze başçılıq edir. O, meydana çıxdığı 24 matçda 16 dəfə fərqlənib.
İkinci sırada braziliyalı Ronaldo (15 qol), üçüncü və dördüncü pillələrdə isə müvafiq olaraq, almaniyalı əfsanəvi futbolçu Herd Müller və Fransa yığmasının şərəfini qorumuş Just Fonten yer alıblar.
Dünya çempionatında ən çox qol vurmuş futbolçular:
1. Miroslav Kloze (Almaniya) – 16 qol
2. Ronaldo (Braziliya) – 15 qol
3-4. Herd Müller (Almaniya) – 14 qol
Just Fonten (Fransa) – 14 qol
5-6. Lionel Messi (Argentina) – 13 qol
Pele (Braziliya) – 13 qol
7-8. Kilian Mbappe (Fransa) – 12 qol
Şandor Koçiş (Macarıstan) – 12 qol
9-10. Yurgen Klinsmann (Almaniya) – 11 qol
Helmut Rahn (Almaniya) – 11 qol
11-15. Qeri Lineker (İngiltərə) – 10 qol
Qabriel Batistuta (Argentina) – 10 qol
Teofilo Kubilyas (Peru) – 10 qol
Tomas Müller (Almaniya) – 10 qol
Qjeqoj Lato (Polşa) – 10 qol