Xəzər Xəbər

Azərbaycan millisinin sabiq baş məşqçisi klubundan ayrılıb

İdman | 14:06 • 24 May 2024
Azərbaycan millisinin sabiq baş məşqçisi klubundan ayrılıb

“Milli Aviasiya Akademiyası” voleybol komandası baş məşqçi Vüqar Əliyev ilə yollarını ayırıb.

Xezerxeber.az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm Yüksək Liqada debüt edən klub 51 yaşlı mütəxəssislə vidalaşıb. Buna kollektivin qarşıya qoyulan məqsədə çata bilməməsi səbəb olub.

Komanda ötən mövsümü altı komanda arasında beşinci pillədə bitirib.

Qeyd edək ki, Vüqar Əliyev daha əvvəl qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. Yığma onun rəhbərliyi altında 2021-ci ildə keçirilmiş Avropa çempionatında çıxış edib.

Xəbər lenti

Çox oxunanlar