UEFA Avropa Liqasının 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.
Xezerxeber.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən finalda İtaliyanın "Atalanta" və Almaniyanın "Bayer" komandaları üz-üzə gəlib.
Görüş "Atalanta"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 12-ci, 26 və 75-ci dəqiqələrdə Ademola Lukman vurub.