Fatih Terim Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi postundan ayrılıb.
Xezerxeber.az xəbər verir ki, türkiyəli mütəxəssis qərarını sosial şəbəkə hesabında etdiyi paylaşımla açıqlayıb.
O, klub rəhbərliyi ilə görüşdən sonra əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulduğunu bildirib.
Qeyd edək ki, Fatih Terim ötən ilin dekabrından “Panatinaikos”a başçılıq edirdi. Afina təmsilçisi son turda uduzmaqla çempionluq şanslarını itirib.