Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq.
Xezerxeber.az xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.
Qurum rəsmisi komanda sayının artırılmamasının səbəbləri barədə danışıb:
"Bunun üçün yetərli qədər infrasturktur, idman bazaları olmalı, hakimlər çoxluq təşkil etməlidir. Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini artırmaqdır. Lakin gələcək illərdə klub sayının artırılması məsələsinə yenidən baxılacaq".