İspaniyanın “Barselona” komandasının sabiq futbolçusu Edqar dələduzluqda ittiham olunur.
Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Emanuel Rosu sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, 30 yaşlı müdafiəçi peşəkar futbolçu olan əkiz qardaşı Edelino İyeni öz yerinə Rumıniyanın “Dinamo” (Buxarest) klubuna göndərməkdə şübhəli bilinir.
Hələlik Buxarest təmsilçisi bununla bağlı rəsmi açıqlama verməyib. Lakin fakt təsdiqini taparsa, “Dinamo”nun aktivindən 8 xal silinəcək.
İddiaya görə, futbolçunun şəxsiyyətini təsdiqləmək üçün DNT testindən istifadə oluna bilər.
Qeyd edək ki, Edqar “Barselona” ilə yanaşı, “Lill” (Fransa), “Feyenoord” (Niderland), “Trabzonspor” və “Başakşəhər” (hər ikisi Türkiyə) kimi komandalarda da çıxış edib.