Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.
Xezerxeber.az xəbər verir ki, lider “Arsenal” öz meydanında “Bornmut”u qəbul edib.
Görüş London klubunun inamlı qələbəsi ilə başa çatıb – 3:0. Hesabı 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Bukayo Saka açıb. Leandro Trossard 70-ci dəqiqədə 2-ci topu qonaqların qapısından keçirib. Matçda son nöqtəni isə 90+7-ci dəqiqədə Deklan Rays qoyub.
Bu qələbədən sonra xallarını 83-ə çatdıran “Arsenal” ilk pillədəki mövqeyini möhkəmlədib. “Topçular”ı 79 xalla liderdən 2 oyun az keçirən “Mançester Siti” izləyir. 48 xalı olan “Bornmut” isə 10-cı sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları mayın 5-6-da keçiriləcək.