Bunu açıqlamasında Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva söyləyib.
27 yaşlı qrossmeyster Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə ilk təəssuratlarını bölüşüb: “İnanın, sevincimi tam sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu”. (report)