Türkiyə Superliqasında 33-cü tura start verilib.
Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Beşiktaş" evdə "Ankaragücü" ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 18-ci dəqiqədə Ernest Muçi və 67-ci dəqiqədə Cekson Muleka vurub.
Bu nəticədən sonra xallarını 51-ə çatdıran "Beşiktaş" dördüncü pillədə qərarlaşıb. "Ankaragücü" isə 37 xalla on üçüncü yerdə qalıb.