"Nyukasl"ın hücumçusu Aleksandr İsakın evi qarət edilib.
"The Sun" yazır ki, qarətçilər futbolçunun avtomobilini oğurlayıblar.
İngiltərə polisi bu məlumatı təsdiqləyib.
Lakin hadisə zamanı futbolçunun özünün və ya ailəsinin evdə olub-olmadığı məlum deyil.
Xatırladaq ki, daha əvvəl İngiltərədə İsakın komanda yoldaşı, hücumçu Coelintonun, eləcə də “Mançester Siti”nin vingeri Cek Qrilişin evi qarət edilmişdi.