Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi növbəti oyunu da buraxacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə komandanın köməkçi məşqçisi Xavyer Morales açıqlama verib.
Onun sözlərinə görə, sağ bud nahiyəsində zədəsi olan 37 yaşlı forvard “Nyu-York Siti” ilə matçda oynamayacaq. O, ulduz futbolçunun fizioterapiya kursu keçdiyini söyləyib.
Qeyd edək ki, Lionel Messi zədə səbəbindən Mayami klubunun və Argentina millisinin son iki oyununda meydana çıxmayıb.