Xəzər Xəbər

“Qarabağ” son 11 ildə 10-cu dəfə Azərbaycan çempionu olub

İdman | 11:19 • 30 Mart 2024
“Qarabağ” son 11 ildə 10-cu dəfə Azərbaycan çempionu olub

Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.

Xezerxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun adına XXVIII turda aydınlıq gəlib.

“Qarabağ” mövsümün sonuna 8 tur qalmış qızıl medalları təmin edib. Buna “Kəpəz”lə səfər oyununda qazanılan qələbə səbəb olub - 1:6.

İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 3-cü, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub. “Qarabağ” həm də son 11 ildə 10-cu qızıl medala yiyələnib.

Qeyd edək ki, ümumilikdə 8 komanda bu titula sahib çıxıb. “Qarabağ”dan başqa, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.

Azərbaycan çempionları:

1992. “Neftçi” (Bakı)

1993. “Qarabağ” (Ağdam)

1993-1994. “Turan” (Tovuz)

1994-1995. “Kəpəz” (Gəncə)

1995-1996. “Neftçi” (Bakı)

1996-1997. “Neftçi” (Bakı)

1997-1998. “Kəpəz” (Gəncə)

1998-1999. “Kəpəz” (Gəncə)

1999-2000. “Şəmkir”

2000-2001. “Şəmkir”

2001-2002. Yarımçıq qalıb

2002-2003. Keçirilməyib

2003-2004. “Neftçi” (Bakı)

2004-2005. “Neftçi” (Bakı)

2005-2006. “Bakı”

2006-2007. “Xəzər Lənkəran”

2007-2008. “İnter” (Bakı)

2008-2009. “Bakı”

2009-2010. “İnter” (Bakı)

2010-2011. “Neftçi” (Bakı)

2011-2012. “Neftçi” (Bakı)

2012-2013. “Neftçi” (Bakı)

2013-2014. “Qarabağ” (Ağdam)

2014-2015. “Qarabağ” (Ağdam)

2015-2016. “Qarabağ” (Ağdam)

2016-2017. “Qarabağ” (Ağdam)

2017-2018. “Qarabağ” (Ağdam)

2018-2019. “Qarabağ” (Ağdam)

2019-2020. “Qarabağ” (Ağdam)

2020-2021. “Neftçi” (Bakı)

2021-2022. “Qarabağ” (Ağdam)

2022-2023. “Qarabağ” (Ağdam)

2023-2024. “Qarabağ” (Ağdam)

Xəbər lenti

Çox oxunanlar