Xəzər Xəbər

Hakimi təhqir edən baş məşqçi futboldan uzaqlaşdırılıb

İdman | 16:37 • 27 Mart 2024
Hakimi təhqir edən baş məşqçi futboldan uzaqlaşdırılıb

AFFA İntizam Komitəsi U-13 Liqasında mübarizə aparan “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyevi cəzalandırıb.

Xezerxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis “Turan Tovuz” ilə görüşdə baş hakimi təhqir edib, şərəf və ləyaqətini alçaldıb, eləcə də onu vurmağa cəhd göstərib.

Nəticədə görüş yarımçıq dayandırılıb.

Bu davranışına görə E.Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 illik qadağa qoyulub, komandasına isə texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında çıxış edən “Mil” klubu isə növbəti 3 ev oyununu azarkeşsiz keçirəcək. Buna Beyləqan təmsilçisinin fanatlarının “Göyçay” komandası ilə matç bitdikdən sonra meydana daxil olaraq baş hakimi təhqir etmələri və vurmağa çalışmaları səbəb olub.

Xəbər lenti