Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.
Bakı klubundan Xezerxeber.az-a verilən məlumata görə, buna səbəb Moskvada ötən gün baş vermiş terror aktı və çox sayda insanın həlak olmasıdır.
Paytaxt təmsilçisindən bildirilib ki, matç üçün alınmış biletlər qaytarılacaq.
Qeyd edək ki, "Neftçi" və "Spartak" arasında yoldaşlıq görüşü bu gün saat 18:00-da keçiriləcəkdi.