Türkiyəli mütəxəssis Rıza Çalımbay futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin oluna bilər.
Xezerxeber.az xəbər verir ki, bunu 61 yaşlı məşqçi özü “Sabah” qəzetinə açıqlamasında deyib.
O, Azərbaycan yığmasının “sükanı arxasına” keçməyə hazır olduğunu bildirib: “Düzdür, Azərbaycan millisindən hələ rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”.
Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdur. Rıza Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” klubuna rəhbərlik edib.