Avropa Liqasının 1/8 finalında “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Bayer”in baş məşqçisi Xabi Alonso gələcəyi barədə danışıb.
Xezerxeber.az xəbər verir ki, ispaniyalı mütəxəssis Leverkuzendə özünü xoşbəxt hiss etdiyini deyib.
Alonso hazırda gələcəyi ilə bağlı plan qurmadığını bildirib: “Burada çox xoşbəxtəm. “Bayer”də işləmək xoşuma gəlir. Düzünü desəm, elə vəziyyətdəyəm ki, gələcəklə bağlı nəsə düşünmək vaxtı deyil. Əla yerdəyəm və bundan zövq alıram”.
Qeyd edək ki, “Bavariya” və “Liverpul”un Xabi ilə yaxından maraqlanır. Hər iki komanda mövsümün sonunda baş məşqçiləri ilə yollarını ayıracaq və Alonso bu vəzifəyə əsas namizəd hesab olunur.
Qeyd edək ki, ispaniyalı 2022-ci ilin oktyabrından “Bayer”də fəaliyyət göstərir. Leverkuzen klubu 26 oyundan sonra 70 xalla Bundesliqada lider mövqeyində qərarlaşıb.