Xezerxeber.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.
Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 65-cidir.
Qurban Qurbanovun yetirmələri Avropa Liqasının “Bayer”lə səfər oyunundakı heç-heçədən (2:3) sonra 2 pillə geriləyib. Təmsilçimizin xal hesabı dəyişməyib.
"Neftçi" 27 xalla 240-cıdır. "Sabah" 20 xalla 260-cı pillədədir. Paytaxt klubları müvafiq olaraq 2 və 5 pillə irəliləyiblər. "Qəbələ" 5 xalla 367-cı yerdə qalıb.
Qeyd edək ki, siyahıya 2444 xala malik "Real" başçılıq edir.