Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarın yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə yığmanın həkimi Rodriqo Lasmar məlumat verib.
Onun sözlərinə görə, 33 yaşlı hücumçu doqquz və ya on aylıq fizioterapiya kursunu başa vurduqdan sonra sıraya dönə biləcək.
Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında dizinin ön çarpaz bağından zədə alıb.