Xəzər Xəbər

Messi zədələndi

İdman | 17:05 • 14 Mart 2024
Messi zədələndi

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi zədələnib.

Xezerxeber.az xəbər verir ki, bunu MLS komandasının baş məşqçisi Xerardo Martino açıqlayıb.

Argentinalı mütəxəssis bildirib ki, KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill”ə qarşı keçirilən cavab görüşündə həmyerlisinin əzələsində gərginlik yaranıb. Bu üzdən 50-ci dəqiqədə əvəzlənən 36 yaşlı kapitan martın 16-da MLS-də “Di Si Yunayted”lə qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, cavab görüşündə “Neşvill”i 3:1 (ilk oyun - 2:2) hesabı ilə məğlub edən “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib. Həmin matçda Messi qollardan birinin müəllifi olub.

Xəbər lenti

Çox oxunanlar