Xəzər Xəbər

“Qarabağ” bu gün “Bayer”i qəbul edəcək

İdman | 10:32 • 7 Mart 2024
“Qarabağ” bu gün “Bayer”i qəbul edəcək

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.

Xezerxeber.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 1/8 final mərhələsinin ilk görüşündə Bakıda Almaniya “Bayer”ini qəbul edəcək.

Tofiq Bəhrəmov adına Respublika stadionunda reallaşacaq matç saat 21:45-də start götürəcək.

Oyunun baş hakimi fransalı Benua Bastyen olacaq.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması isə martın 14-də Almaniyada baş tutacaq.

Xəbər lenti