Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Xezerxeber.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olub. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi 1/8 finalda Almaniyanın "Bayer" klubu ilə qarşılaşacaq.
"Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.
Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.