Xəzər Xəbər

“Qarabağ” – “Braqa” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

İdman | 16:29 • 17 Fevral 2024
“Qarabağ” – “Braqa” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Xezerxeber.az bildirir ki, klubdan verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matça 26 500 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manatdır.

Biletləri Iticket.az-ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək olar.

Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

Xəbər lenti

Çox oxunanlar