Xəzər Xəbər

Qurban Qurbanov: Azərbaycan futbolunun nüfuzunu artırmaq istəyirik

İdman | 17:20 • 15 Fevral 2024
Qurban Qurbanov: Azərbaycan futbolunun nüfuzunu artırmaq istəyirik

“Braqa” komandası son illərdə xeyli inkişaf edib”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “ojogo.pt” saytına açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsində səfərdə “Braqa”ya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşən 52 yaşlı mütəxəssis bu cür güclü komanda ilə üz-üzə gələcəkləri üçün xoşbəxt olduğunu bildirib: “Rəqib sürətli, parlaq və cəlbedici futbol nümayiş etdirir. Texniki cəhətdən çox yaxşıdırlar. Hər iki oyun azarkeşlər üçün möhtəşəm alınacaq”.

Avropa Liqasının pley-off mərhələsində ilk dəfə çıxış edəcəklərini xatırladan 52 yaşlı mütəxəssis bunun komandaya yeni təcrübə qazandıracağını vurğulayıb: “Oyuna böyük məsuliyyətlə hazırlaşmışıq. Rəqibin heyətində matçın taleyini dəyişə biləcək futbolçular var. Azərbaycan futbolunun nüfuzunu artırmaq istəyirik. Bu, idmandır, hər şey ola bilər. Komandama güvənirəm”.

Qeyd edək ki, bu gün “Munisipal” stadionunda keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Xəbər lenti