Xəzər Xəbər

Asiya Kuboku: 1/4 finalın ilk iştirakçıları bəlli olub

İdman | 10:22 • 29 Yanvar 2024
Asiya Kuboku: 1/4 finalın ilk iştirakçıları bəlli olub

Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinə start verilib.

Xezerxeber.az xəbər verir ki, ötən gün iki qarşılaşma keçirilib.

Avstraliya yığması İndoneziyanı 4 cavabsız qolla məğlub edərək 1/4 finalın ilk iştirakçısı olub.

Günün ikinci matçında isə Tacikistan millisi Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan matçda qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq (5:3) oynayan taciklər ilk dəfə turnirin 1/4 finalına vəsiqə qazanıblar.

Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.

Xəbər lenti