Xəzər Xəbər

UEFA bu səbəbdən Azərbaycan millisinə texniki məğlubiyyət verib AÇIQLAMA

İdman | 19:05 • 23 Yanvar 2024
UEFA bu səbəbdən Azərbaycan millisinə texniki məğlubiyyət verib

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv etməsinin və millimizə texniki məğlubiyyət (0:5) verməsinin səbəbi müəyyənləşib.

Buna yığmamızın heyətində meydana çıxmaq icazəsi olmayan futzalçıdan istifadə edilməsi səbəb olub.

Qərarda komandamızın UEFA İntizam Qaydasını pozduğu qeyd olunsa da, konkret ad göstərilməyib. Amma söhbət həmin qarşılaşmada çıxış edən braziliyalılar Amadeu və ya Vileladan gedir.

Yığmamızın yer aldığı A qrupunda bu sanksiya daha əvvəl 2 dəfə Rumıniyaya tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti əsasında analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.

Qeyd edək ki, Azərbaycan - Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı. (report)

Xəbər lenti

Çox oxunanlar