Xəzər Xəbər

“İnter” İtaliya Superkubokunu qazanıb

İdman | 10:36 • 23 Yanvar 2024
“İnter” İtaliya Superkubokunu qazanıb

Futbol üzrə İtaliya Superkubokunun qalibi müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçirilən oyunda “Napoli”ni 1:0 hesabı ilə məğlub edən “İnter” titula sahib çıxıb.

Neapol klubu 60-cı dəqiqədə meydanda azlıqda qalıb. Covanni Simeone ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Matçdakı yeganə qolu isə 90+1-ci dəqiqədə Lautaro Martines vurub.

Bu, Simone İnzaginin “İnter”in sükanı arxasında üç mövsüm ərzində qazandığı beşinci titul olub. 48 yaşlı mütəxəssis bunadək iki dəfə İtaliya Kubokunda, iki dəfə isə Superkubokda qələbə sevinci yaşayıb.

Hakimlərin idarəçiliyindən narazı qalan “Napoli”nin baş məşqçisi Valter Mattsari oyundan sonra təşkil olunan mükafatlandırma mərasiminə qatılmayıb. O, Simeoneyə göstərilən qırmızı vərəqənin düzgün qərar olmadığını iddia edib.

Xəbər lenti

Çox oxunanlar