Xəzər Xəbər

Türkiyə Superliqası: Renat Dadaşovun komandası məğlub olub

İdman | 17:54 • 20 Yanvar 2024
Türkiyə Superliqası: Renat Dadaşovun komandası məğlub olub

Futbol üzrə Türkiyə Süperliqasında XXI tura start verilib.

xEZERXEBER.AZ xəbər verir ki, açılış oyununda “Kasımpaşa” Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Klaudio Vink, Nunu da Koşta və Mamadu Fall vurublar. Matça ehtiyatda başlayan R.Dadaşov 70-ci dəqiqədə meydana daxil olub.

Bu nəticədən sonra Hatay təmsilçisi 21 xalla 14-cü sırada qərarlaşıb. 29 xalı olan “Kasımpaşa” isə doqquzuncudur.

Qeyd edək ki, “Hatayspor” son 13 oyunda cəmi bir qələbə qazanıb. Komanda XII turda “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edib.

Xəbər lenti

Çox oxunanlar