Xəzər Xəbər

Ramil Şeydayev “Kocaelispor”a Rusiya vətəndaşı kimi gəlib? RƏSMİ AÇIQLAMA

İdman | 18:25 • 19 Yanvar 2024
Ramil Şeydayev “Kocaelispor”a Rusiya vətəndaşı kimi gəlib?

Türkiyənin “Kocaelispor” klubunun Ramil Şeydayevi Rusiya vətəndaşı kimi sifariş etdiyi barədə məlumat yayılıb.

Türkiyə klubunun prezidenti Engin Koyun Şeydayevin Rusiya deyil, Azərbaycan vətəndaşı kimi sifariş edildiyini bildirib. "Kocaelispor"un rəhbəri həmçinin Ramil Şeydayevin legioner deyil, yerli statusda oynayacağını bildirib.

Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli bildirib ki, Ramil Şeydayev özü də azərbaycanlı kimi qeydiyyatdan keçdiyini və yerli statusda oynayacağını deyib.

Qeyd edək ki, Ramil Şeydayev “Kocaelispor”la 1.5 illik anlaşma imzalayıb. (sportlife.az)

Xəbər lenti