Xəzər Xəbər

Ramil Şeydayev "Kocaelispor"da FOTOLAR

İdman | 16:15 • 17 Yanvar 2024
Ramil Şeydayev "Kocaelispor"da

Tailandın "Buriram Yunayted" klubundan ayrılan Ramil Şeydayev artıq Türkiyədədir.

Xezerxeber.az  xəbər verir ki, o, yeni klubu "Kocaelispor"un düşərgəsinə də qatılıb.

Bu haqda "Cagdaş Kocaeli" nəşri məlumat yayıb. Onunla tibbi müayinədən keçdikdən sonra 1-ci liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı bildirilir.

Bu arada "Kocaelispor"un rəsmi sosial şəbəkə hesabları isə üzərində Azərbaycan bayrağının əks olunduğu çamadan şəkli paylaşıb. 

Xatırladaq ki, 27 yaşlı hücumçu "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted" ilə 2 illik müqavilə imzalamışdı.

Xəbər lenti

Çox oxunanlar