Xəzər Xəbər

Almaniya klubunun prezidenti qəflətən vəfat edib

İdman | 19:09 • 16 Yanvar 2024
Almaniya klubunun prezidenti qəflətən vəfat edib

Almaniyanın “Herta” klubunun prezidenti Kay Bernşteyn dünyasını dəyişib.

Xezerxeber.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı funksioner qəflətən vəfat edib.

“Herta”nın yaydığı açıqlamada klubda çalışan hər kəsin K.Bernşteynin ölümündən şoka düşdüyü bildirilib.

Qeyd edək ki, Kay Bernşteyn 2022-ci ilin iyun ayından "Herta"ya rəhbərlik edirdi. O, 1990-cı illərin əvvəllərində Berlin təmsilçisinin fəal azarkeşi olub.

Xəbər lenti

Çox oxunanlar