Xəzər Xəbər

Daniel De Rossi “Roma”nın yeni baş məşqçisi oldu

İdman | 17:45 • 16 Yanvar 2024
Daniel De Rossi “Roma”nın yeni baş məşqçisi oldu

İtaliyanın “Roma” komandasının yeni baş məşqçisi bəlli olub. Bu posta klubun əfsanəvi futbolçularında biri Daniel De Rossi gətirilib.

Xezerxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Daniel De Rossi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu postda bu gün istefaya göndərilmiş Joze Mourinyonu əvəz edib.

40 yaşlı mütəxəssis yanvarın 20-də A seriyasında “Verona”ya qarşı keçiriləcək oyunda debüt edəcək.

Qeyd edək ki, 2001-2019-cu illərdə "Roma"nın formasını geyinən Daniel De Rossi iştirak etdiyi 616 matçda 63 qol və 60 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Çox oxunanlar