Xəzər Xəbər

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə çətin qələbə qazanıb

İdman | 08:01 • 15 Yanvar 2024
Türkiyə Superliqası: “Fənərbağça” səfərdə çətin qələbə qazanıb

Futbol üzrə Türkiyə Superliqasının XX turunda növbəti matçlar keçirilib.

Xezerxeber.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Çempionatın lideri "Fənərbağça" səfərdə "Qaziantep"i çətinliklə məğlub edib - 1:0. Yeganə qolu 81-ci dəqiqədə İrfan Can Kahveci vurub. 50-ci dəqiqədə Edin Ceko penalti zərbəsindən yararlana bilməyib.

Bu qələbə ilə xallarını 53-ə çatdıran "Fənərbağça" liderliyini davam etdirir. "Qaziantep" isə 21 xalla 16-cıdır.

Günün digər matçlarında "Konyaspor" "İstanbulspor"la 0:0, "Antalyaspor" "Trabzonspor"la 1:1 hesablı heç-heçə edib, "Samsunspor" isə "Sivasspor"a 2 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, XX tura yanvarın 15-də keçiriləcək "Qalatasaray" - "Kayserispor" görüşü ilə yekun vurulacaq.

Xəbər lenti