Xəzər Xəbər

Çinin ən titullu klubundan "Qarabağ"a 2 milyon avroluq TƏKLİF

İdman | 10:55 • 12 Yanvar 2024
Çinin ən titullu klubundan "Qarabağ"a 2 milyon avroluq

Çinin "Şanxay Şenxua" klubu "Qarabağ"ın futbolçusu Leandro Andrade üçün üçüncü dəfə rəsmi müraciət edəcək.

Superliqa təmsilçisinin sonuncu təklifi 2 milyon avro ola bilər.

Çin təmsilçisi daha əvvəl iki dəfə müraciət etsə də, rədd cavabı alıb. Klub Kabo Verdedən olan 24 yaşlı yarımmüdafiəçini nəyin bahasına olur-olsun, transfer etmək istəyir.

"Qarabağ"ın baş meneceri Asif Əsgərov bildirib: "Belə təkliflər çoxdur. Bunların olması da normaldır. Yaxşı futbolçu qazanmaq istəyirlər".

Klub rəsmisi "yaxşı təklif müqabilində Andradenin satılma ehtimalı varmı" sualını da cavablandırıb: "Bizdən asılı olan və olmayan durumlar var".

Qeyd edək ki, Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb. (report)

Xəbər lenti