Xəzər Xəbər

“Qarabağ”ın futbolçusu Çin klubundan təklif alıb

İdman | 15:00 • 11 Yanvar 2024
“Qarabağ”ın futbolçusu Çin klubundan təklif alıb

“Qarabağ”ın futbolçusu Leandro Andrade Çinin “Şanxay Şenxua” klubundan təklif alıb.

Bu barədə AZƏRTAC-a Ağdam təmsilçisinin idman direktoru Əmrah Çəlikəl məlumat verib. Funksionerin sözlərin görə, 24 yaşlı yarımmüdafiəçiyə Asiya klubu ilə yanaşı, digər ölkələrdən də təkliflər var.

Ə. Çəlikəl bildirib ki, “Qarabağ”ın digər futbolçularına da qış fasiləsində təkliflər olub: “Lakin heç bir klubla rəsmi danışıqlar aparılmayıb”.

Qeyd edək ki, Leandro Andrade 2022-ci ilin yanvarından “Qarabağ”da çıxış edir.

Xəbər lenti