Xəzər Xəbər

İspaniya Superkubokunun ilk finalçısı müəyyənləşib

İdman | 08:56 • 11 Yanvar 2024
İspaniya Superkubokunun ilk finalçısı müəyyənləşib

İspaniya Superkubokunun ilk finalçısı bəlli olub.

Xezerxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinal mərhələsinin ilk cütündə “Real Madrid”lə “Atletiko Madrid” üz-üzə gəlib.

Əsas vaxtı 3:3 hesabı ilə bitən matçda əlavə vaxt oynanılıb.

Oyunda hesabı 6-cı dəqiqədə Mario Hermoso açıb. Antonio Rüdiger 20-ci dəqiqədə hesabı bərabərləşdirib. 29-cu dəqiqədə Ferland Mendi “Kral klubu”nu hesabda önə çıxardıb. Lakin Antuan Qrizman 37-ci dəqiqədə tablodakı rəqəmləri eyniləşdirib. 78-ci dəqiqədə Antonio Rüdiger avtoqol müəllifi olub. Ruhdan düşməyən Karlo Ançelottinin komandası 85-ci dəqiqədə Daniel Karvaxalla hesabı yenidən bərabərləşdirib.

Matçın 116-cı dəqiqəsində Stefan Saviç avtoqol müəllifi olub. 122-ci dəqiqədə isə Brahim Diaz yekun hesabı təyin edib.

Beləliklə, rəqibini 5:3 hesabı ilə məğlub edən “Real Madrid” İspaniya Superkubokunun finalına vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinalın növbəti qarşılaşması “Barselona” ilə “Osasuna” arasında olacaq.

Xəbər lenti

Çox oxunanlar