Xəzər Xəbər

Türkiyə Superliqası: “Fənərbağça” “Konyaspor”u darmadağın edib

İdman | 08:25 • 11 Yanvar 2024
Türkiyə Superliqası: “Fənərbağça” “Konyaspor”u darmadağın edib

Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyunlar keçirilib.

Xezerxeber.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Günün ilk matçlarında “Hatayspor” “Qaziantep”lə qolsuz,”Adana Demirspor” isə “İstanbulspor”la 2:2 hesablı heç-heçə edib. “Karagümrük” “Kayserispor”a qalib gəlib - 4:1.

Digər oyunda isə “Fənərbağça” doğma meydanda “Konyaspor”u darmadağın edib. Səkkiz qolun vurulduğu görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar - 7:1. İstanbul nəhənginin heyətində Edin Ceko het-trik edib. Digər qolları isə Mert Müldür, Sebastian Şimanski, Mişi Batşuayi və Uğurcan Yazqılı (avtoqol) vurublar. Qonaqların heyətində isə Gilyerme fərqlənib.

Bu qələbə ilə xallarını 50-yə çatdıran “Fənərbağça” ilk pillədəki mövqeyini qoruyub. İkinci sırada 47 xala malik “Qalatasaray” qərarlaşıb.

Xəbər lenti

Çox oxunanlar