Xəzər Xəbər

KİV: “Neftçi” ilin ən yaxşı futbolçusunu transfer etmək istəyir

İdman | 13:38 • 30 Dekabr 2023
KİV: “Neftçi” ilin ən yaxşı futbolçusunu transfer etmək istəyir

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Xezerxeber.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, “Astana” klubunun və Belarus millisinin yarımmüdafiəçisi Maks Ebonq “ağ-qaralar”ın maraq dairəsinə düşüb.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm “Astana”nın heyətində Qazaxıstan çempionatının gümüş mükafatçısı olub. O, paytaxt klubunda 35 oyunda meydana çıxıb və qol vura bilməyib.

M. Ebonq Belarus millisinin heyətində isə AVRO-2024-ün seçmə mərhələsində doqquz oyuna üç qolla yadda qalıb və ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.

Xəbər lenti

Çox oxunanlar