Xəzər Xəbər

“Qalatasaray”-“Fənərbaxça” oyunu təxirə salınıb BİRGƏ AÇIQLAMA/YENİLƏNİB

İdman | 23:11 • 29 Dekabr 2023
“Qalatasaray”-“Fənərbaxça” oyunu təxirə salınıb

Səudiyyə Ərəbistanında bu gün "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılması planlaşdırılan Türkiyə Superkuboku uğrunda oyun təxirə salınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) və hər iki klubun yaydığı birgə bəyanatda bildirilib.

Qeyd olunub ki, təşkilatçılıqdakı bəzi çatışmazlıqlar səbəbindən klublarla birgə qəbul olunan ortaq qərar nəticəsində qarşılaşma başqa tarixə keçirilib.

“Superkubok matçının təşkilində indiyədək göstərdiyi səylərə görə ev sahibi ölkənin Futbol Federasiyasına və müvafiq qurumlara təşəkkür edirik”, - bəyanatda vurğulanıb.

22:48

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Qalatasaray”la “Fənərbaxça” arasında oynanılması gözlənilən “Turkcell Superkubok” matçı elan edilən saatda başlamayıb.

Xezerxeber.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, komandalar stadiona çıxmaqdan imtina ediblər. Ər-Riyaddakı oteldə Türkiyə Futbol Federasiyası rəhbərliyi və klub prezidentlərinin görüşü davam edir.

Türkiyə Futbol Federasiyasının və klubların rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.

Xəbər lenti

Çox oxunanlar