Xəzər Xəbər

Fatih Terim: “Panatinaikos”a yeni tarix yazmaq üçün gəlmişəm

İdman | 19:18 • 29 Dekabr 2023
Fatih Terim: “Panatinaikos”a yeni tarix yazmaq üçün gəlmişəm

“Mən bura meydan oxumağa, yeni tarix yazmağa gəlmişəm”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Yunanıstanın “Panatinaikos” klubunun yeni baş məşqçisi Fatih Terim təqdimat mərasimində deyib.

“İmperator” ləqəbli 70 yaşlı mütəxəssis Afina təmsilçisinə çempion olmaq üçün gəldiyini bildirib: “Klubun prezidenti də mənimlə eyni fikirdədir. Qalib olmaq üçün çempion kimi düşünmək lazımdır. Komandamız böyük ailədir və bu, çempionluq üçün çox vacibdir. “Panatinaikos” azarkeşlərinin nə istədiyini yaxşı başa düşürəm. Bunun üçün çox çalışacaq, çatışmazlıqları qısa zamanda aradan qaldıracağıq. Zamanla dəyişikliyi hər kəs görəcək. Bütün oyunçular çox istəklidirlər”.

Yunanıstan Super Liqasını yaxşı tanıdığını söyləyən F. Terim əlavə edib: “Bütün komandaların oyunlarını izləyirəm. Çempionluq mübarizəsi AEK, PAOK və “Olimpiakos” da daxil olmaqla 4 komanda arasında gedir. Yunanıstanın avrokuboklardakı ən böyük uğuru "Panatinaikos"a məxsusdur. Biz həmin günlərə qayıtmaq istəyirik".

Qeyd edək ki, Fatih Terim yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Xəbər lenti

Çox oxunanlar