Xəzər Xəbər

Cica “Qarabağ”dan ayrıla bilər

İdman | 13:52 • 28 Dekabr 2023
Cica “Qarabağ”dan ayrıla bilər

Albaniyalı futbolçu Redon Cica qış fasiləsində “Qarabağ”dan ayrıla bilər.

Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Albaniyanın “Partizani” klubu 25 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Tirana təmsilçisi Ağdam klubunda əsas heyətə düşməkdə çətinlik çəkən forvardı bu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

Qeyd edək ki, Redon Cica “Qarabağ”a bu ilin yanvarında Albaniyanın “Tirana” komandasından transfer olunub. Onun “köhlən atlar”la 2026-cı il iyunun 30-dək müqaviləsi var.

 

Xəbər lenti