Xəzər Xəbər

"Qarabağ"ın pley-offdakı rəqibi BİLİNDİ

İdman | 16:19 • 18 Dekabr 2023
"Qarabağ"ın pley-offdakı rəqibi

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Xezerxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da bu mərhələdəki rəqibi bəlli olub.

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn "Qarabağ" Portuqaliyanın "Braqa" klubuna rəqib olub.

Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar. "Qarabağ" da daxil olmaqla səpələnmişlər səbətində yer alan bütün 8 komanda ilk oyunlarını səfərdə keçirəcəklər.

Xəbər lenti

Çox oxunanlar